Hər bir incəlik sizin ehtiyaclarınıza uyğun düşünülmüşdür. Yeni nəsil ortez və protezlərimizlə daha aktiv və sağlam həyat mümkündür.
Şirkət 01.11.2022-ci il tarixində Nicat Yunusov tərəfindən təsis edilmişdir.
Biz, innovativ və yüksək keyfiyyətli ortopedik məhsullar təqdim edərək, insanların sağlamlığını bərpa etməyi və onlara fiziki dəstək təmin etməyi məqsəd qoyuruq.
Dayaq Ortopedi şirkətinin vizyonu, ortopedik məhsul istehsalında və tətbiqində lider olmaq, insanların həyat keyfiyyətini yüksəltmək və sağlam, rahat bir həyat təmin etməkdir.
Onurğa deformasyaları
Onurğa deformasiyaları, onurğanın normal quruluşunun pozulması nəticəsində yaranan əyilmə və ya əyriliklərdir. Bu vəziyyət, bel və boyun ağrılarına, hərəkət məhdudiyyətlərinə və sinir sıxılmalarına səbəb ola bilər. Onurğa deformasiyalarının müalicəsi, fərdi yanaşmalarla ortopedik vastələr, fiziki terapiya və ya cərrahi müdaxilə ilə həyata keçirilə bilər.
Ayaq deformasiyaları
Ayaq deformasiyaları, ayağın normal quruluşunun pozulması ilə yaranan əyilmə və ya deformasiya hallarıdır. Bu vəziyyət, ağrı, yerimə çətinlikləri və balans pozulmaları ilə nəticələnə bilər. Ayaq deformasiyalarının müalicəsi, ortopedik vastələr, fizioterapiya və bəzən cərrahi müdaxilə ilə həyata keçirilə bilər.
Kəllə deformasiyaları
Kəllə deformasiyaları, kəllənin normal formasının pozulması nəticəsində yaranan struktur dəyişiklikləridir. Bu vəziyyət, doğuşdan və ya travmalardan qaynaqlana bilər və estetik problemlərlə yanaşı, sinir sistemi və beyinin funksiyalarınada təsir edə bilər. Kəllə deformasiyalarının müalicəsi, xüsusilə erkən müdaxilə ilə, ortopedik və cərrahi üsullarla həyata keçirilə bilər.
Döş Qəfəsi Deformasiyaları
Döş qəfəsi deformasiyaları, döş qəfəsinin normal formasının pozulması nəticəsində meydana gələn struktur dəyişikliklərdir. Bu deformasiyalar, bəzən doğuşdan, bəzən isə travmalar və ya xəstəliklərdən qaynaqlana bilər. Döş qəfəsi deformasiyaları nəfəs alışı və ürək fəaliyət funksiyalarına təsir göstərə bilər, buna görə müalicə erkən dövrlərdə başlanmalı, fiziki terapiya, ortopedik cihazlar və bəzən cərrahi müdaxilə ilə həyata keçirilməlidir.
Protezlər
Protezlər, itirilmiş bədən üzvlərini əvəz etmək üçün yaradılmış xüsusi qurğulardır. Məsələn, əl protezləri itirilmiş əlin funksiyalarını geri qazandıraraq, gündəlik həyatdakı işləri asanlaşdırır və müstəqilliyi dəstəkləyir. Ayaq protezləri isə, itirilmiş ayağın funksiyalarını bərpa edərək, istifadəçinin tarazlığını və hərəkət qabiliyyətini artırır; bu yolla, əzələlərin səmərəli işləməsi üçün dəstək təmin olunur. Bundan əlavə, yüksək keyfiyyətli materiallardan hazırlanan silikon protezlər, təbii görünüş və rahatlıq təqdim edərək, həm estetik, həm də funksional üstünlüklər yaradır. Ümumilikdə, protezlər istifadəçilərin həyat keyfiyyətini yüksəldərək, daha aktiv və müstəqil həyat sürmələrinə imkan verir.
Uşaqlıqdan hərəkət problemlərim var idi və çox mərkəz gəzdikdən sonra nəhayət burada mənə uyğun ortez hazırlanaraq rahatlıq tapdım. Komandanın diqqəti və səbrli yanaşması məni çox razı saldı.
Ayaq amputasiyasından sonra həyat mənim üçün çox çətinləşmişdi, amma buradakı protez tam mənə uyğunlaşdırıldı və özümü yenidən normal həyatın içində hiss edirəm. Texniki baxımdan çox peşəkar və eyni zamanda insanı anlayan bir komandadır.
Dayaq Ortez və Protez Mərkəzi ortopedik vasitələr, ortezlər və protezlər üzrə ixtisaslaşmış bir mərkəzdir. Burada müxtəlif növ protezlər, ortezlər, ortopedik ayaqqabılar və dəstək vasitələri hazırlanır və uyğunlaşdırılır.
Sifariş üçün mərkəzimizlə əlaqə saxlayaraq müayinə və ölçü götürülməsi üçün vaxt təyin etməlisiniz. Müvafiq qiymətləndirmədən sonra sizin üçün ən uyğun məhsul hazırlanacaq.
Bəli, hər bir protez fərdi ölçülərə və istifadəçinin ehtiyaclarına uyğun hazırlanır. Rahatlıq və funksionallığı təmin etmək üçün xüsusi materiallar və texnologiyalardan istifadə olunur.
Qiymət, seçilmiş modelə, materiala və funksionallığa görə dəyişir. Dəqiq qiymət öyrənmək üçün bizimlə əlaqə saxlaya və fərdi qiymətləndirmə əldə edə bilərsiniz.
Bu, istifadəçinin fiziki vəziyyətindən və protezin növündən asılıdır. Adətən, tam uyğunlaşma bir neçə həftə və ya ay çəkə bilər. Bəzi hallarda reabilitasiya prosesi tövsiyə oluna bilər
Bəli, Bizim Mərkəzində protez və ortezlərin təmiri və baxımı həyata keçirilir. Zədələnmiş və ya köhnəlmiş hissələrin dəyişdirilməsi mümkündür.
Protezdən maksimum rahat istifadə üçün gigiyena qaydalarına əməl etməli, təyin olunmuş baxım prosedurlarını yerinə yetirməli və vaxtaşırı mütəxəssis müayinəsindən keçməlisiniz.
Bəli, uşaqlar üçün xüsusi ortopedik ayaqqabılar, ortezlər və digər dəstək vasitələri təklif edirik.
Copyright © 2025. All rights reserved.